Bakıda oğlan sevgilisini qətlə yetirib, özünü bıçaqlayıb

 Bakıda oğlan sevgilisini qətlə yetirib, özünü bıçaqlayıb

Bakının Xətai rayonunda qətl baş verib. APA xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb. Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən ölüb. Daha sonra o, özünə bıçaq zərbələri vurub. Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qadının meyiti morqa təhvil verilib. Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir. Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

11:50 - 20 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin