Mətbuat nümayəndələri Prezidentin izi ilə Laçın şəhərinə təşkil olunan mediatur zamanı Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri zamanı 28 may müstəqillik günü münasibəti ilə adını verdiyi Heydər Əliyev, Zəfər və 28 May küçələrində olub.
Asayis.Az xəbər verir ki, mətbuat nümayəndələrinə bildirilib ki, Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.
Şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq./APA