"APA TV bizim üçün pilot layihə hesab olunurdu. APA TV-yə qədər Azərbaycanda ciddi internet televiziya layihəsi demək olar ki, yox idi".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı APA TV-nin 10 yaşı münasibətilə danışarkən deyib.
Vüsalə Mahirqızı bildirib ki, sosial şəbəkələrin sürətlə informasiya mənbəyinə çevrilməsi bizi belə bir layihə həyata keçirməyə sövq edib:
"Məncə, nəticə yaxşı oldu. APA TV-dən sonra onlarla internet televiziyası yarandı. Hazırda da bu tendensiya davam edir.
APA TV artıq platforma yayımçısıdır. Yəqin ki, yaxın aylarda bir neçə kabel televiziyasında da yayımlanacaq. Hazırda APA TV nin müxtəlif sosial media platformalarında milyonlarla izləyicisi var. Bunun daha da artmasına çalışırıq".
Demokrat.az