Kolbasa, sosiska istehsal edən məşhur şirkət məhkəməyə verildi

 Kolbasa, sosiska istehsal edən məşhur şirkət məhkəməyə verildi

Vətəndaş Dadaşov Tərlan Məzahim oğlu "Hakan Foods Azerbaican Trading Co LTD" MMC ilə bağlı məhkəməyə müraciət edib.

Asayis.Az-ın məlumatına görə, bu barədə vətəndaş Nizami Rayon Məhkəməsinə üz tutub.

Belə ki, T.Dadaşov əmək mübahisələri - əmək münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Həqiqət Əhmədovanın sədirliyi araşdırılır.

Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.

Qeyd: "Hakan Foods Azerbaican Trading Co LTD" MMC 2001-ci ildən "Kral" markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.

 

Pravda.az

13:27 - 29 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin