Güclü leysan və dolu Naxçıvana ziyan vurub

 Güclü leysan və dolu Naxçıvana ziyan vurub

Mayın 18-də saat 22:00-da Naxçıvan Muxtar Respublikasına güclü leysan yağıb, dolu düşüb.

Asayis.az xəbər verir ki,Naxçıvan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a bildiriblər ki, fərdi yaşayış evlərini, təsərrüfat binalarını, yolları və zirzəmiləri su basıb.

Təbii fəlakət Naxçıvanın bir sıra digər rayonlarına da təsir edib, infrastruktur və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Köhnə adamların sözlərinə görə, Naxçıvanda heç zaman belə leysan və dolu olmayıb.

Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi videolarda təbii fəlakətin şiddətini görmək olur. 

14:45 - 23 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin