Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Asayis.az xəbər verir ki, bu barədə Demokrat.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ödənişləri müvafiq olaraq bank kartları vasitəsi ilə ala biləcəklər. Bununla da, may ayının bütün sosial ödənişlərinin verilməsi tamamlanacaq.