Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum edib, bir neçə heyvan tələf olub

 Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum edib, bir neçə heyvan tələf olub

Göyçay rayonunda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, nəticədə bir neçə qoyun tələf olub.

Asayis.az  report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, sahibsiz itlərin qoyun sürüsünə hücumu nəticəsində kənd sakini Kamil Niftəliyevə məxsus 3 baş heyvan tələf olub, daha 7 baş heyvan isə yaralanıb.

Hadisənin baş verdiyi əraziyə baytarlar cəlb olunub və yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub.

16:33 - 19 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin