Sabah 27° isti olacaq

 Sabah 27° isti olacaq

Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışın səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Asayis.az xəbər verir kİ,Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

14:00 - 18 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin