AA nömrəli maşını sürən xanımın çıxartdığı oyun: 10 bal 220 manat -VİDEO

 AA nömrəli maşını sürən xanımın çıxartdığı oyun: 10 bal 220 manat -VİDEO
Bakıda yol hərəkəti qaydalarını pozan xanım sürücünün videosu kameraya düşüb. 
Asayis.Az xəbər verir ki, hadisə mayın 13-də, paytaxtın Hüseyn Cavid prospektində baş verib. Belə ki, 10-AA-579 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü öncəqoşa xəttin tələbini pozaraq əks yola çıxıb, daha sonra svetoforun qırmızı işığından keçərək yolayrıcına daxil olan avtomobilə qəza şəraiti yaradıb. Bu azmış kimi o, bir az qarşıda qoşa xəttin tələbini pozaraq sola dönüb.

Videogörüntüdən də aydın şəkildə görünür ki, qabağa düşmək üçün qaydaları kobud şəkildə pozan xanım sürücü, qayda pozmayan sürücü ilə demək olar ki, eyni vaxtda çatdı. (Avtosfer.az)
 

 

17:10 - 16 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin