Mərkəzi Bank Türkiyə şirkətini cərimələdi

 Mərkəzi Bank Türkiyə şirkətini cərimələdi

"Aslanoğullari Endüstriyel Mutfak Tesisat İmalat Gida Tekstil İthalat İhracat Sanayi ve Ticaret LTD" şirkətinin Azərbaycandakı filialına cərimə yazılıb.
Asayis.Az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokolun Mərkəzi Bank tərəfindən yazıldığı qeyd olunub. 

Protokol təsdiq olunması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Xalidə Əlisoyun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, protokol təsdiq olunarsa, şirkətin valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Xatırladaq ki, Türkiyənin "Aslanoğullari Endüstriyel Mutfak Tesisat İmalat Gida Tekstil İthalat İhracat Sanayi ve Ticaret LTD" şirkəti Azərbaycanda fəaliyyət göstərir. 
 

16:29 - 16 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin