Bakıda 1 milyonluq dələduzluq edən şəxslərə hökm oxundu

 Bakıda 1 milyonluq dələduzluq edən şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İqbal Həsənli və Elşad Cabbarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İqbal Həsənli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elşad Cabbarova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlıqdan məhrum edilib.

İttihama görə, hər iki şəxs xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özlərini fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq ediblər.

Cinayət materiallarında qeyd edilib ki, onlar ümumilikdə 896 230 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

 

Pravda.az

12:33 - 16 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin