Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

 Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Asayis.az bu barədə “Qafqazinfo”ya  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Şirvan şəhər sakini Vidadi Dəmirov, Neftçala rayon sakinləri Salam Mənəfov, Vüqar Zeynalov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.

10:26 - 16 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin