“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər” - Xalq artisti

 “Çimərlik geyimində ziyarətgaha gəlmişdilər” - Xalq artisti

Xalq artisti Afaq Bəşirqızı "TikTok"-un canlı yayımında başına gələn hadisədən danışıb.

Asayis.Az
 Olay-a istinadla xəbər verir ki, ziyarətgaha yollanan sənətçi yaşadığı anları belə nəql edib:

“Bir dəfə ürəyim həddindən ziyadə sıxıldı. Dedim ki, durun, məni Mirmövsüm Ağanın ziyarətgahına aparın.

Çimərlik geyimində ziyarətgaha gəlmişdilər. Üstündən də şifon yaylıq bağlamışdı. Qışqırdılar, “Yaxşı, qışqırmayın”, - deyib, sinəsindəki yaylığı endirib, aşağı hissəyə bağladı. Dedim, bir sərt çıxış edin, onu qovun. Dedilər, çimərlikdən gəlirlər. Necə yəni sən gedirsən, kefini çəkirsən, sonra gəlirsən, ziyarətgaha Allaha dua etməyə?

Namaz qılırıq, elə olsun ki, əl-ayaq görünmür, ayağa corab geyinmək lazımdır, başında bir şey görünməməlidir. Bu, nə deməkdir? Biz nə vaxta qədər belə olacağıq?”

14:44 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin