Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: "Şirinlik" verməyin

 Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib:

"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideyndən "şirinlik" istəməsi qanun pozuntusudur".

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, buna görə də valideynlər öz hüquqlarını müdafiə etməlidir.

Nazirlik rəsmisi vurğulayıb ki, belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə, eyni zamanda birbaşa nazirliyə və digər aidiyyəti qurumlara yazılı şəkildə şikayət göndərə bilərlər: “Bu prosesdə bir-birimizə yardımçı olmalıyıq. Elektron sistem şagirdin qəbulu barədə sms göndərirsə, məktəbin bu məsələdə əsas rolu toplanılan sənədləri qəbul etməkdir. Bütün sənədlər qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”./Report

11:09 - 11 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin