Vaksin bazarı "öldü": Gəlirlər kəskin azaldı

 Vaksin bazarı

Almaniyanın əczəçılıq şirkəti "BioNTech"in mənfəəti kəskin azalıb.
Asayis.Az 
xəbər verir ki, bu ilin ilk rübündə şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 86% azalaraq 502,2 mlnn avroya düşüb. "BioNTech" 2022-ci ilin birinci rübündə 3,7 mlrd avro mənfəət əldə etmişdi.

Şirkətin ötən ilin birinci rübündə 14,24 avro olan səhm hər səhm üzrə xalis mənfəəti bu ilin eyni dövründə 2,05 avroya enib.

Ümumilikdə, "BioNTech"in gəliri 1,3 mlrd avro olub ki, bu da ötən ilin ilk rübü (6,4 mırd avro) ilə müqayisədə 80% azalma deməkdir.

Şirkətin açıqlamasında, maliyyə nəticələrindəki dəyişikliyin şirkətin dünya üzrə COVID-19 peyvəndlərinin tədarükü və satışından əldə etdiyi gəlirin aşağı olması ilə əlaqədar olduğu bildirilib. (ölkə.az)

17:52 - 9 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin