Bakıda qadın görüntüləri ilə şantaj edilib - FOTO

 Bakıda qadın görüntüləri ilə şantaj edilib - FOTO

Bakıda qadın görüntüləri ilə şantaj edilib.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edərək alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.

Fotonu təqdim edirik

12:23 - 9 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin