Gömrük xidmətindən şikayətlər durmadan artır - Yeni sədr insanları niyə narazı salır?

 Gömrük xidmətindən şikayətlər durmadan artır - Yeni sədr insanları niyə narazı salır?

Bir neçə vətəndaş gömrük orqanlarında yaşadığı çətinliklərlə bağlı müraciət edib. Asayis.Az xəbər verir ki, şikayətçilərdən biri kargo şirkətinin sahibi Sahil Cəfərovdur.

Sahil Cəfərov iddia edir ki, onun şirkətinə aid mallar gömrük tərəfindən əsassız şəkildə saxlanılıb və buraxılmır.

Başqa bir şikayətçi isə ona aid olan bağlamanı gömrük ərazisindən çıxara bilmədiyini deyir.

Şikayətçi İlqar Mirizadə isə deyir ki, Moskvadan Bakıya gələndə özü ilə bərabər ümumi gömrük dəyəri 800 dollardan artıq olmayan mal gətirib, amma onun bağlaması gömrük əməkdaşları tərəfindən yoxlamaya alınıb. Vətəndaş iddia edir ki, gətirdiyi malları götürmək üçün əlavə pul ödəyib.

İddialarla bağlı Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə müraciət etdik. İdarə şikayətlərə ayrı-ayrılıqda aydınlıq gətirdi. Bildirildi ki, şikayətçi sahibkar Sahil Cəfərovun hazırda gömrük nəzarətində olan heç biri malı yoxdur.

Vətəndaş Azər Hüseynovun gömrükdə saxlanılan bağlamaları ilə bağlı məsələyə də aydınlıq gətirildi.

Şikayətçi İlqar Mirizadə ilə bağlı isə İdarədən bildirildi ki, vətəndaşın gömrüyə təqdim etdiyi sənədlər uyğunsuzluq təşkil edib. Bu səbəbdən araşdırmaya göndərilib. Nəticə olaraq gətirilən malların şəxsi istifadə kateqoriyasına aid olmadığı müəyyən edilib. Qanunla vətəndaş şəxsi istifadə üçün 800 dollar məbləğində mallar gətirə bilər. Lakin əgər bu mallar kommersiya məqsədli olduqda limiti aşmasa belə, rüsuma cəlb olunmalıdır. (Xezerxeber.az) 

10:59 - 4 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin