"Bakı Süd Co" şirkətinin 61 min manatı mənimsənildi - İTTİHAM

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Nail Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin höküm ilə ona şərti cəza verilib. Nail Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Nail Məmmədov müxtəlif ad, çeşid və miqdarda süd və süd məhsullarının istehsalını və satışını həyata keçirən "Bakı Süd Co" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, şirkətdə satış təmsilçisi vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə onların həqiqi məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edilməsini təşkil etməklə vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayıb.

 

Belə ki, Nail şirkətin 60 944 manat məbləğində pulunu mənimsəyərək ələ keçirib.

17:14 - 3 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin