Ömürlük həbs edilmiş general-leytenant əfv edildi

 Ömürlük həbs edilmiş general-leytenant əfv edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif cinayətlərdə təqsirli bilinən 4 nəfərin cəzasını əfv edib.

Asayis.Az xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

Qərarla 28 Fevral Məhkəməsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilən keçmiş general-leytenant Çetin Saner və ağırlaşdırılmış ömürlük həbs cəzası alan Mehmet Emin Alpsoyun cəzaları qocalıqları səbəbi ilə ləğv edilib.

Qəsdən adam öldürmə ittihamı ilə həbsdə olan Nihat İlliman və Sedat Çelik isə əlil olduqları üçün prezident tərəfindən əfv ediliblər./Oxu.az

15:29 - 3 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin