Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Faktiki hava açıqlanıb.

 

Asayis.az xəbər verir ki, bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyd edilib mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

12:27 - 3 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin