Televiziyada evlənmək olar? - Siyavuş Novruzov

 Televiziyada evlənmək olar? - Siyavuş Novruzov

“Televiziyalarda verilişlərə xüsusi diqqət edilməlidir. Görürsən ki, 70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar”.
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Axı bizim milli mentalitemiz var, bu kimi hallar bizlərə ziddir. Rusiyada belə verilişlər var, amma onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyalarda evlənməkmi olar? Bizim ağsaqqalarımız da bunlara münasibət bildirməlidir. Bunlara nəvə, nəticə, uşaqlar baxır. Lap beş manat pul qazanırsız, Allah qəbul etsin. Amma xalqın zövqünü pozmayın”,- deyə deputat yerli telekanallara etirazını bildirib. (modern.az)

 

 

12:34 - 2 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin