Hava şəraiti ilə bağlı mühüm məlumat: Mayın 4-dək...

 Hava şəraiti ilə bağlı mühüm məlumat: Mayın 4-dək...

Azərbaycanda qeyri-sabit hava şəraiti mayın 4-dək davam edəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Mayın 01-i axşam, 2-3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında mayın 4-ü axşamadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

21:45 - 1 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin