Bakıda qızlar narkokuryerliyə cəlb edən şəxs tutuldu - Video

 Bakıda qızlar narkokuryerliyə cəlb edən şəxs tutuldu - Video

Bakıda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanılıb, ondan 17 kiloqram narkotik vasitə aşkar edilib.

Asayis.az  xəbər verir ki,bu haqqda “Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir : Səbail RPİ-nin əməkdaşları narkotiklərin qanunsuz dövruiyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanovanı saxlayıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. R.Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

 

Əməliyyatın davamı olaraq Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. E.Hacıyev paytaxtda narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotiki “Əsgər” adlı İran vətəndaşından aldığını bildirib.

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam edirilir.

20:30 - 1 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin