Bakıda 12 yaşlı məktəbli intihar etdi

 Bakıda 12 yaşlı məktəbli intihar etdi

Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib.

Asayis.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən "Piramida MTK"ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

19:45 - 1 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin