ANAMA-nın əməkdaşı yol qəzasında öldü

 ANAMA-nın əməkdaşı yol qəzasında öldü

ANAMA yol qəzasında həlak olan əməkdaşlarının ailələrinə başsağlığı verib.

Asayis.Az xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi 29 aprel tarixində Ağstafa rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Agentliyin həlak olan əməkdaşları Məmmədov Ramin Mahir oğlu, Namazov Elşad Fazil oğlu və Məmmədhüseynov Hüseyn Sabir oğluna Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Həmin hadisədə xəsarət almış Vəliyev Sənan Məmmədhüseyn oğlu və Xəlilov Orxan Məhəd oğluna Allahdan şəfa diləyir, tezliklə sağalmalarını arzulayır!".

Qeyd edək ki, ötən gün Ağstafada yol qəzasında həlak olanlarım Anama əməkdaşları olduğu bilinib.

16:05 - 30 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin