Bakıda oğlan xəstə anasına baxmadığı üçün arvadını döydü

 Bakıda oğlan xəstə anasına baxmadığı üçün arvadını döydü

Bakının Sabunçu rayonunda 1995-ci il təvəllüdlü İbrahim ailə münaqişəsi zəminində həyat yoldaşı Ülkərə xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 5-də baş verib. 

İbrahim həmin gün saat 23.00-da yaşadığı evdə Ülkər ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəmnində baş vermiş mübahisə zamanı qəsdən əli ilə onun sifət nahiyəsindən vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən İbtahimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, fevralın 5-də, saat 23.00-da yaşadığı evə gələn zaman Ülkərdən ona qarşı soyuq münasibət, hətta anasına qarşı da münasibətinin pis olduğunu görüb: 

“Anam hazırda yataq xəstəsidir və anamın qayğıya ehtiyacı var. Ülkərdən mənə və anama qarşı bəslədiyi nifrətin səbəbini soruşdum. Ülkər uca səslə söz qaytardı. Bunu eşidən yataq xəstəsi olan anam yataqdan qalxaraq gəldi və bizi ayırmağa çalışdı. Ülkər anama da cavab qaytaranda, özümdən asılı olmayaraq əsəbləşdim. Evin dəhlizində bir dəfə şillə ilə Ülkərin sifətindən vurdum.  Zərbədən Ülkər yerə yıxıldı”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən verən Ülkərin sözlərinə görə, fevralın 5-də saat 23.00-da yaşadığı  evdə olarkən həyat yoldaşı ilə aralarında münaqişə baş verib: 

“Münaqişə zamanı evdən uşaqları götürdüm və çıxmaq istəyərkən İbrahim mənzilin dəhlizində sifət nahiyəmə şillə zərbəsi endirdi. Şillə zərbəsinin təsirindən yerə yıxıldım. Bundan sonra əri İbrahim saçımdan tutaraq məni sürüdü. Sonda ayağa qalxaraq uşaqlarım ilə birgə ata evinə gəldim”. 

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə İbrahimin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

 

Demokrat.az

13:34 - 28 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin