Rüşvətlə tutulan direktor məhkəmə qarşısında

 Rüşvətlə tutulan direktor məhkəmə qarşısında

Ağdam Musiqi Kollecinin direktoru olmuş Rafail Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Asayis.Az-ın məlumatına görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayln 10-na təyin edilib.

Qeyd: Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Pravda.az

10:29 - 28 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin