FHN-nin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı QƏRAR

 FHN-nin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı QƏRAR

Ali Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi olmuş Rövşən Tahirovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Asayis-ın məlumatına görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərarı ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

İttihama görə, Rövşən Tahirov Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.  O, 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, Rövşən bu məqsədilə istintaqla şəxsiyyəti araşdırılan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib insanları aldadıb FHN-ə işə götürəcəyi vədini verib. Daha sonra o, vədinə əməl etməyib.

Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq və rüşvətə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Tahirov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. Ali Məhkəmə isə cəzanı daha 2 il azaldıb.

 

13:45 - 27 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin