Bakıda söküntü narazılıq yaratdı

 Bakıda söküntü narazılıq yaratdı

Bakının Nəsimi rayonu, Mir Qasımov küçəsi 4 ünvanında aparılan söküntülər ərazidə məskunlaşmış sakinlərin narazılığına səbəb olub. Belə ki, evlər sökülərkən yaxınlıqdakı yaşayış olan digər evlər təhlükə altında qalmış olur. Bununla bağlı ərazidə yaşayan sakinlər Asayis.Az-a görüntülər göndərib. Görüntülərdən görünür ki, ərazidə yaşayış olduğu halda evə bitişik digər kiçik mərtəbəli binalar sökülür. Bu isə ərazidə yaşayan sakinlərin haqlı narahatlığına səbəb olur. Onlar iddia edir ki, hazırda yaşayış olduğu halda qonşu evlərin sökülməsi gələcəkdə onların evlərinə zərər verəcək. Sakinlər söküntü aparanlara dəfələrlə irad bildirsələr də onları eşidən yoxdur. 

 

 

09:52 - 27 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin