Hava limanına hücum planlaşdırdı, öldürüldü

 Hava limanına hücum planlaşdırdı, öldürüldü

Taliban Kabil Beynəlxalq Hava Limanına hücumlar planlaşdırdığı deyilən İŞİD üzvünü öldürüb.
Asayis.Az 
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yazılı açıqlama verib.

O deyib ki, 2021-ci ildə Kabil Beynəlxalq Hava Limanına terror hücumları təşkil etməyi planlayan İŞİD lideri Taliban silahlıları tərəfindən öldürülüb:

“Talibana açıq şəkildə bildirmişdik ki, əl-Qaidə və ya İŞİD terrorçularına sığınacaq verməmək onların məsuliyyətidir”. 

Ağ Ev rəsmisi bəyan edib ki, təkcə Əfqanıstanda deyil, dünyanın müxtəlif yerlərində də yayılan İŞİD təhlükəsi ilə mübarizə davam etdiriləcək.

Öldürülən şəxsin kimliyi və əməliyyatın nə vaxt keçirildiyi barədə məlumat verilməyib.
 

01:35 - 26 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin