EGE Hospital böyük məbləğdə cərimələnə bilər

 EGE Hospital böyük məbləğdə cərimələnə bilər

EGE Hospitala böyük məbləğdə cərimə yazılıb.

Asayis.Az-ın xəbərinə görə, EGE Hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Vüsal Qurbanovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Protokol məhkəmə tərəfindən təsdiq olunarsa, EGE Hospital altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
 

16:33 - 26 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin