“Azərbaycan Sənaye Bankı” aktivlər cəmi kiçilib

 “Azərbaycan Sənaye Bankı” aktivlər cəmi kiçilib

“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Asayis.Az bankın hesabatına istinadən xəbər verir ki, ASB-nin əksər göstəricilərində azalma müşahidə olunub. ASB-nin kredit portfelinin azalması bankın aktivlərinə də təsir göstərib. Belə ki, bankın kredit portfeli 2022-ci ilin ilk rübü ilə müqayisədə 15 milyon 123 min manat və ya 6 faiz azalaraq 238 milyon 109 min manata enib. Bundan başqa ASB-nin nastro hesabları (başqa banklardakı muxbir hesabları) 36 milyon 295 min manat və ya 63 faiz azalaraq 2023-cü ilin ilk rübünə 21 milyon 375 min manat olub.

ASB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 9 min manat azaldaraq 5 milyon 509 min manata salıb. Buna görə də bankın xalis kreditləri 15 232 milyon 599 min manat olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 15 milyon 123 min manat və ya 6 faiz azdır.

15:17 - 25 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin