Lənkəranda kütləvi zəhərlənmə olub.
Asayis.az-ın məlumatına görə, kütləvi zəhərlənmə rayonun dağ kəndi olan Bəlitonda baş verib.
Ad günü, eyni zamanda nişan mərasiminə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. 17 nəfər ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb.
Onlara ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Zəhərlənənlərdən 7 nəfəri ambulator müalicə üçün evə buraxılıb. 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir./APA