"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.

Bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

19:33 - 23 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin