Biləsuvarda ötən gecə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə ötən gün saat 23:50 radələrində köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində yol kənarında baş verib.
Belə ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini 1993-cü il təvəllüdlü Əlizadə Rüfat Kərim oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1986-ci il təvəllüdlü Cəlilabad rayon sakini İlhamlı Vüsal İlham oğlunun döş qəfəsinin sol yarısına əlindəki bıçaqla bir dəfə zərbə endirib. Nəticədə V. İlhamlı döş qəfəsinin sol yarısının daxilə keçən və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini alıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayat işi başlanaraq ibtidai istintaq aparılır. Əlizadə Rüfat Kərim oğlu şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, mərhum “Finca Azərbaycan” Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işləyirdi./Report.az