Evdə oturub 102-yə zəng etdi, metroda partlayış olduğunu dedi

 Evdə oturub 102-yə zəng etdi, metroda partlayış olduğunu dedi

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub. Asayis.az məlumatına görə, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.

 

Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin isə Sumqayıtda yaşadığı müəyyən edilib. Polis əməkdaşları həmin ünvana gedərək Aqil Vəliyevi polis bölməsinə dəvət ediblər. Lakin o, bölməyə getməkdən imtina edib. Bundan sonra vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub. A.Vəliyev izahatında içkili olduğu üçün bu hərəkəti etdiyini deyib.

 

Aqil Vəliyev barəsində protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab olunub və A.Vəliyev 30 gün müddətinə həbs edilib.

16:00 - 22 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin