Xaricdən "Santafe" gətizdirənlərin başına OYUN GƏLDİ: 70 minlik DƏLƏDUZLUQ

 Xaricdən

Xaricdən avtomobil gətizdirmək istəyənlərə qarşı dələduzluq edilib.
Asayis.Az 
Lent.az-a istinadən xəbər verir ki, xaricdən “Hyundai Santafe” markalı avtomobil gətizdirmək istəyən paytaxt sakinləri dələduzluqla üzləşib. Belə ki, R. Çıraqov onlara kömək edəcəyini deyərək, ümumilikdə 70 min manata yaxın pullarını alıb.

Amma sonradan vədinə xilaf çıxıb.

Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına üz tutublar. R. Çıraqov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

11:42 - 21 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin