Tovuzda həmkəndlilərin davası qanla bitdi

 Tovuzda həmkəndlilərin davası qanla bitdi

Tovuz rayonunda həmkəndlisini öldürməyə cəhd etməkdə ittiham olunan Nicat Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.Az-ın məlumatına görə, bu gün Gəncə Ağır Cnayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

İttihama görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini Əsgərov Nicat Ramin oğlu mübahisə zamanı Mirzəyev Elvin İlham oğlunu bıçaqla vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Nicat Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Demokrat.az

14:05 - 20 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin