Bəxtiyar Hacıyevin həbs müddəti artırılır

 Bəxtiyar Hacıyevin həbs müddəti artırılır

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı məhkəməyə vəsatət verib.
Asayis.Az xəbər verir ki, vəsatət baxılması üçün Xətai rayon Məhkəməsinə təqdim olunub. 

İttiham tərəfin təqdim etdiyi vəsatətdə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması istənilir.
 
Vəsatət araşdırılması üçün hakim Sülhanə Hacıyevanın icraatına verilib. 

Yaxın saatlarda vəsatətə baxılacağı gözlənilir.

Qeyd edək ki, bu ilin fevralın 28-də Xətai rayon məhkəməsinin qərarı ilə iBəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb.

Yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılmışdı.

Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Demokrat.az

13:26 - 20 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin