Tibb müəssisəsində İNSİDENT: Baş həkimə etiraz edən tibb işçisi özünü DOĞRADI - VİDEO

 Tibb müəssisəsində İNSİDENT: Baş həkimə etiraz edən tibb işçisi özünü DOĞRADI - VİDEO

4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında insident baş verib. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı qolunu doğrayaraq intihara cəhd edib.
Asayis.Az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışovanın hadisə yerindən çəkdiyi canlı yayımda bildirilib. 

Belə ki, Təcili Yardım Stansiyanın Mirəziz Əzizov adlı əməkdaşı tibb müəssisəsində kifayət qədər nöqsanların və qanunsuzluqların baş alıb getdiyi barədə baş həkim Yusif Musayevə məlumat verib.

Stansiya rəhbəri isə neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib. Üstəlik kollektivi ona qarşı yönəldib. Haqsız yerə işdən çıxarılmasına etiraz edən Mirəziz Əzizov isə damarlarını doğrayaraq həyatına son qoymağa çalışıb.

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə rəsmi məlumat veriləcək.

Bundan əlavə, intihara cəhd edən Mirəziz Əzizovun Yasamal Rayon Prokurorluğuna çağırıldığı bildirilir. 

 

Bizim.Media

13:15 - 20 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin