Bakıda qadının kirayədə yaşadığı evə basqın edildi - Qışqırmaması üçün ağzını tutub

 Bakıda qadının kirayədə yaşadığı evə basqın edildi - Qışqırmaması üçün ağzını tutub

Bakıda qadının kirayədə yaşadığı evə basqın edilib.

Asayis.Az xəbər verir ki, bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 18 aprel 2023-cü il tarixdə, saat 01:53-də Məmmədova Səliqə Əli qızı DİN-in "102" xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun paytaxtın Nəsimi rayonu, İlqar İsmayılov küçəsində kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutub, 100 manat pulunu və təqaüd kartını götürərək getməsini deyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində Cinayət Məcəlləsinin 181.1-ci (qulduruluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

10:33 - 19 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin