Bakıda 149 saylı məktəbdə kütləvi zəhərlənmə — YENİLƏNİB

 Bakıda 149 saylı məktəbdə kütləvi zəhərlənmə — YENİLƏNİB

Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Asayis.az xəbər verir ki,TƏBİB-dən Demokrat.az-a bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:

"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

18:35 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin