Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbirləri keçirilib

 Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbirləri keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə tədbiri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin, Dövlət Neft Fondunun rəsmilərinin, əməkdaşlarının, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədrinin və könüllülərin iştirakı ilə keçirilib.

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. 

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirməkdir.
 

17:48 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin