Məhkəmə Zaur Abıyevin şirkəti ilə bağlı qərar çıxardı

 Məhkəmə Zaur Abıyevin şirkəti ilə bağlı qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində "Roysi Bom" MMC “Elnur-2” Universal İstehsalat Kommersiya şirkətinə qarşı iddiasına baxılıb.

Asayis.Az-ın məlumatına görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia təmin olunub.

Qeyd: "Roysi Bom" MMC “Elnur-2” Universal İstehsalat Kommersiya şirkətini məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: “Elnur-2” Universal İstehsalat Kommersiya şirkətinin rəhbəri Abıyev Zaur Niyaz oğludur. İnternet vasitəsi ilə qısa araşdırma apardıqda bəlli olur ki, Azərbaycanın cənub zonasında yerləşən rayonların icra hakimiyyətlərinin keçirdiyi iriməbləğli tenderlərin qalibi bir qayda olaraq elə “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 22.11.2019-cu il tarixində Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Tenderin şərtinə görə, Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirib.

Şirkətin nizamnamə kapitalı 1.60 manatdır.

Pravda.az

10:06 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin