Hazər Babayev vəfat etdi

 Hazər Babayev vəfat etdi

Şəki Rayon Mərkəzi Xəstənanasının Aşağı Küngüt kənd həkim məntəqəsinin müdiri Hazər Babayev vəfat edib.

 

Xəstəxanadan verilən məlumata görə, onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.

 

Qeyd edək ki, Hazər Mövlüd oğlu Babayev 27.12.1953-cü il də Şəki şəhər Oraban kəndində anadan olub. 1972-1978-ci illərdə Azərbaycan Tibb Universitetinə Müalicə işi fakültəsinə daxil olub. 1979-cu ildən Şəki Rayon Mərkəzi Xəstənanasının Taxılçılıq sovxozunda həkim-terapevt kimi fəaliyətə başlayıb. 1987-ci ildən Aşağı Küngüt kənd həkim məntəqəsinin müdiri vəzifəsinə təyin olunub.

16:15 - 17 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin