Siyasətçi və qardaşı canlı yayımda öldürüldü- VİDEO

 Siyasətçi və qardaşı canlı yayımda öldürüldü- VİDEO

Hindistanda canlı yayım zamanı qətl törədilib. 
Asayis.Az "Qaynarinfo"ya xəbər verir ki, adam oğurluğuna görə ömürlük həbs cəzasına məhkum edilən keçmiş siyasətçi Atiq Əhməd və qardaşı Əşrəf Əhməd Uttar Pradeş əyalətinin Allahabad şəhərində polisin mühafizəsi altında, əlləri qandallı şəkildə xəstəxanaya aparılarkən canlı yayımda başlarından güllələnərək öldürülüb.

Görüntülərdə hücum edənlərin yaxın məsafədən Atiq Əhməd və qardaşının başından atəş açdıqları, daha sonra isə gülləbaran etdikləri görülür.

Canlı yayımdakı hücumdan saniyələr əvvəl Atiq Əhmədin ötən günlərdə polis tərəfindən güllələnərək öldürülən oğlunun dəfnində iştirak edib-etməməsi soruşulub. Atiq Əhmədin son sözləri "Bizi buraxmadılar, biz də getmədik" olub.
 

 

16:00 - 16 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin