Azərbaycandan qaçan şəxs Belarusda tutuldu

 Azərbaycandan qaçan şəxs Belarusda tutuldu

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

Asayis.az-ın  əldə etdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsi tərəfindən axtarışa verilən 1984-cü il təvəllüdlü Zamik Haşımov Belarusda saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, Z.Haşımov Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və israf etmə) maddəsi ilə ittiham edilib. Onun ölkədən getməsi müəyyən edildiyi üçün barəsində beynəlxalq axtarış elan edilib.

15:30 - 15 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin