"Şərur İsfəndiyar”a pul atan şəxsin məhkəməsi başlayır

"Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova və onun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq etməkdə ittiham olunan Rəşad Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Asayis.Az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum olmayıb.

Rəşad Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) ilə ittiham elan edilib.

Qeyd edək ki, Rəşad Həsənov “Şərur” MTK-da komendant işləyib. O, bir neçə mənzili eyni adama satmaqda və İsfəndiyar Axundovun külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinib.

Cinayət işi üzrə İsfəndiyar Axundova və “Şərur” MTK zərərçəkmiş qismində tanınıb.

Demokrat.az

10:43 - 14 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin