İdmançının qatili ilə bağlı keçirilən məhkəmənin qarşısında aksiya- FOTO

 İdmançının qatili ilə bağlı keçirilən məhkəmənin qarşısında aksiya- FOTO

Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə prosesi keçirilib.
Asayis.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə səs-küy yaranıb. Mərhum Turan Rüstəmovun anası təqsirləndirilən şəxsə qarşı ittihamlar səsləndirib. Hakim zalda sakitliyin yaradılmasını tələb edib. Növbəti dəfə belə hala yol verildikdə həmin şəxsin zaldan xaric ediləcəyini deyib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, təqsirləndirilən şəxs hadisəni törədən zaman İdman Akademiyasında təhsil alırmış. 

Daha sonra məhkəmə baxış iclasına təyin olunub. Məhkəmə baxışı aprelin 25-ə təyin olunub. 

Qeyd edək ki, 50-yə yaxın Tunar Rüstəmovun yaxınları, qohumları və dostları Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər. Onlar ədalətli məhkəmə keçirilməsi, Tunarın qatilinə ömürlük cəza verilsin və digər şüarlar səsləndiriblər. 

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.



16:23 - 11 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin