"Problemi aidiyyəti dövlət qurumları yox, hansısa televiziya kanalının aparıcısı həll etdi" - DEPUTAT

“Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri mətbuatda işıqlandırıldı. Amma dövlət qurumları bu məsələ ilə bağlı adekvat davranmadılar”.
Asayis.Az 
xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında deyib.

“Sonda isə cəmiyyət gördü ki, problemi aidiyyəti dövlət qurumları yox, hansısa televiziya kanalının aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”, - deputat əlavə edib.

13:27 - 11 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin